has responded to this post

Hesabım bloklanıb

Name of Complainant Zamiq
Date of ComplaintJanuary 11, 2024
Name(s) of companies complained against
Category of complaint Cyber Crime
Permanent link of complaint Right click to copy link
Share your complaint on social media for wider reach
Facebooktwitterredditpinterestlinkedinmail
Text of Complaint by Zamiq:

Pul çıxarmaq istəyərkən hesabım bloklandı. Nə qədər sənəd, selfi, şəkil göndərsəm də, hesabım açılmadı, hətta bütün şəxsi məlumatlarımı dövlət səytından yüklədim və PDF formasında təqdim etdim. Skype vasitəsilə keçirməli olduğumuz Videokonfransdan imtina edildi. Saytın tam versiyasında Cürbəcür anketler, təlimatlar yerinə yetirdim. Sonda məndən Meksikaya saytdakı doldurduğum anketlərin ingilis və ya rus dilinə tərcümə edilmiş variantını əl yazısı ilə poçt vasitəsilə göndərməyimi tələb etdilər. Bu qədər sənəd, şəkil, ekran görüntüsü kifayət etmədimi? 1 ilə yaxındır hesabım blokdadır. Bu qədər sənəd göndərməyimə baxmayaraq açılmayan hesab Meksikaya məktub göndərəndə açılacaqmı?
Qeyd etmək istəyirəm ki mənim heç bir xarici dil biliyim yoxdur, təlimatları ingilis və ya rus dilində necə yazım?
Daha sonra Azərbaycanda sizin fəaliyyətiniz qeyri qanunidir. Azərbaycan respublikasının cinayət məcəlləsinə uyğun olaraq qeyri qanuni mərc oyunlarında iştirak etməyə görə 5 min manatdan 10 min manata qədər cərimə nəzərdə tutulur. Yəni mən sizin adresə məktub göndərməkdən qorxuram. Və sizdən xahiş edirəm ki mənə hər hansı bir güzəşt edəsiniz. Yəni poçtla sizə məktub göndərmək niyə bu qədər önəmlidir anlamıram. Bunun yerinə başqa bir tapşırıq verin. Xahiş edirəm nəzərə alasınız.
Hesab nömrəm 46035755
Üzürlü hesab edin ingiliscə bilmirəm

Image Uploaded by Zamiq:

Hesabım bloklanıb

One thought on “Hesabım bloklanıb

  1. Hörmətli Zamiq,

    Ümid edirik ki, bu mesaj sizi yaxşı tapacaq

    Sizə bildirmək istəyirik ki, Təhlükəsizlik Komandamız hesabınızın doğrulanması ilə bağlı yeniləmə təqdim edib. Görünür, siz hazırda hesabınızın təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün vacib prosedur olan doğrulama prosesindən keçirsiniz

    Bu yoxlama prosesini asanlaşdırmaq və sürətləndirmək üçün sizdən vebsaytımızda qeyd olunan təlimatlara əməl etməyinizi xahiş edirik. Bu təlimatlar yoxlamanı uğurla başa çatdırmaq üçün sizə lazımi addımlar atmaq üçün xüsusi olaraq hazırlanmışdır

    Təlimatlara əməl edərkən hər hansı problemlə qarşılaşarsanız və ya əlavə aydınlaşdırma tələb edirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Bu proses boyunca sizə kömək etmək və hər hansı sualınız və ya narahatlığınızı həll etmək üçün buradayıq

    Bu məsələdə əməkdaşlığınıza və anlayışınıza görə təşəkkür edirik. Səbriniz üçün təşəkkür edirik və doğrulama prosesinizi uğurla başa çatdırmağı səbirsizliklə gözləyirik

    Hörmətlə,

    Alex, 1xBet Komandası

Leave a Reply

Your email address will not be published. Required fields are marked *